Ukraynadan 1 milyon nəfər qaçqın düşüb - BMT rəsmisi

12:06 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib ki, son bir həftə ərzində qonşu ölkələrə gedən Ukrayna sakinlərinin sayı 1 milyon nəfər təşkil edib.

Hafta.az xəbər verir ki, Filippo Qrandi özünün Tvitter mikrobloqunda yazıb:

“Cəmi yeddi gün ərzində biz 1 milyon qaçqının Ukraynadan qonşu ölkələrə getdiyinin şahidi olduq”.